Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikatlar təqdim olundu
Səbail Rayon İcra Hakimiyyətində könüllülərlə keçdikləri təcrübə müddətinin başa çatması ilə əlaqədar görüş keçirilmişdir.
Görüşdə dövlətin həyata keçirdiyi gənclər siyasətindən, ölkə başçısının gənclərə gösdərdiyi diqqət və qayğıdan söhbət açan Səbail RİH başçısının müavini Kəmalə Həşimova vurğulamışdır ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. “Dövlət Proqramı”nda qeyd olunan vəzifələrin icrası Səbail rayonunda uğurla davam edir. Könüllülük fəaliyyətilə məşğul olan gənclərin iki ay müddətində təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Bu faəliyyət həm gənclər, həm də Səbail Rayon İcra Hakimiyyəti üçün faydalı olub”.
Tədbirdə çıxış edən könüllülər iki ay ərzində Səbail Rayon İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını və bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd edərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Sonda Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olunmuş və xatirə şəkili çəkdirilmişdir.