Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirdi

09 iyun 2022 | 15:54

İyunun 8-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, fərdi yaşayış evlərinin təmir olunması, məişət tullantıları üçün nəzərdə tutulan qutuların qoyulması, kanalizasiya xətlərinin yenilənməsi və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Qəbulda iştirak edən vətəndaşlar aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər