Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Bibiheybət qəsəbəsində növbəti səyyar qəbul keçirib

29 iyun 2022 | 16:09

İyunun 29-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bibiheybət qəsəbəsi, Məktəb küçəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Bibiheybət qəsəbəsində aparılan abadlıq işləri barədə sakinlərə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, aparılan abadlıq işlərinin birinci mərhələsi çərçivəsində qəsəbənin su, qaz, rabitə xətləri dəyişdirilmiş, kommunikasiya xəttləri yenilənmiş, küçələrə daş piltələr döşənmiş, çoxsaylı yaşayış evlərinin damörtükləri, qapı və pəncələri dəyişdirilmiş, fasadları yenilənmiş, əlavə eyvanlar və talvarlar qurulmuşdur. Görülən işlərinin davamı olaraq Namiq Quliyev küçəsində, eyni zamanda qəsəbənin sahilə yaxın hissələrində hal-hazırda abadlıq işləri həyata keçirilir.

Səyyar qəbul zamanı RİH başçısı Vuqar Zeynalov müraciət etmiş sakinlərin şikayətlərini dinləmiş, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə yerindəcə göstərişlər vermiş, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunmuşdur.

Qəbulda iştirak edən vətəndaşlar ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər