Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Bibiheybət qəsəbəsində sakinlərlə növbəti dəfə görüşmüşdür

26 may 2022 | 09:45

Mayın 25-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bibiheybət qəsəbəsi, Məktəbli küçəsində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüşdə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Azərbaycanda vətəndaş amili yürüdülən dövlət siyasətinin əsasını təşkil edir və bütün bunlar vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrdə real şəkildə öz əksini tapır. Ölkə başçıcı cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğı, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələr də bunun əyani sübutudur”.
Daha sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Bibiheybət qəsəbəsində aparılan abadlıq işləri barədə sakinlərə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, aparılan abadlıq işlərinin birinci mərhələsi çərçivəsində qəsəbənin su, qaz, rabitə xətləri dəyişdirilmiş, kommunikasiya xəttləri yenilənmiş, küçələrə daş piltələr döşənmiş, çoxsaylı yaşayış evlərinin damörtükləri, qapı və pəncələri dəyişdirilmiş, fasadları yenilənmiş, əlavə eyvanlar və talvarlar qurulmuşdur. Görülən işlərinin davamı olaraq Namiq Quliyev küçəsində, eyni zamanda qəsəbənin sahilə yaxın hissələrində hal-hazırda abadlıq işləri həyata keçirilir. O cümlədən qəsəbədə yeni futbol meydançası, uşaq meydançaları və sakinlərin asudə vaxtlarının səmərəli istifadəsi üçün istirahət zonalarının yaradılması ilə əlaqədar abadlıq işləri davam etdirilir.
Səyyar qəbul zamanı RİH başçısı Vuqar Zeynalov müraciət etmiş sakinlərin şikayətlərini dinləmiş, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə yerindəcə göstərişlər vermiş, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyəti qurumlara rəsmi qaydada müraciət olunmuşdur.
Qəbulda iştirak edən vətəndaşlar ölkəmizin, paytaxtımızın gündən-günə gözəlləşdiyini qeyd edərək, aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər