Səbail rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir
İyulun 14-də Səbail Rayon İcra Hakimiyyətində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbir iştirakçıları tərəfindən ilk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın tarixi taleyində mühüm əhəmiyyət daşımasından, bu tarixin Azərbaycanın xilasının birinci mərhələsi olmasından söz açaraq bildirmişdir ki: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsinin qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxarıb. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılıb, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılıb, əhalinin rifahının xeyli yüksəlib, elm, təhsil, mədəniyyətin güclü inkişaf prosesi keçib, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülüb. Ulu öndərin yaratdığı dövlətçilik ənənələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi böyük nüfuz qazanıb”.
Tədbir zamanı Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev və RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışlar.