Səbail rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
27 sentyabr - Anım Günü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi ünvanında ağacəkmə aksiyası keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Fərhad Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 300-dən çox şam və zeytun ağacları, oleyandr və dekorativ kollar əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişdir.






