Səbail rayonunda bələdiyyələr, nümayəndəliklər və MKİS-lər tərəfindən keçirilən vətəndaş qəbulları davam edir
13-18 iyun tarixlərində nümayəndəliklər, bələdiyyələr və MKİS-lər tərəfindən Səbail rayonu ərazisində müxtəlif ünvanlarda qəbullar keçirilərək vətəndaşların müraciətləri dinlənilmişdir. Görüşlərdə eyni zamanda RİHBA-nın məsul işçiləri və rayonun idarə, müəssisə, xidmət sahələrinin əməkdaşları iştirak etmişlər.
Qəbullar zamanı ümumilikdə 50-dən çox vətəndaşın müraciəti dinlənilmiş, bir sıra müraciətlər yerindəcə cavablandırılmış, qaldırılan bəzi məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülmüş, həlli araşdırma tələb edən məsələlərlə bağlı müraciətlər qeydə alınaraq aidiyyəti üzrə yönləndirilmişdir.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün qeyd etmək istəyirik ki, hər həftə rayon ərazisində yerləşən müxtəlif ünvanlarda nümayəndəliklər, bələdiyyələr və MKİS rəhbərləri tərəfindən qəbullar keçirilir. Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.