Səbail rayonunda bələdiyyələr və nümayəndəliklər tərəfindən keçirilən silsilə vətəndaş qəbulları davam edir
6-10 iyun tarixlərində nümayəndəliklər və bələdiyyələr tərəfindən Səbail rayonu ərazisində müxtəlif ünvanlarda qəbullar keçirilərək vətəndaşların müraciətləri dinlənilmişdir. Görüşlərdə eyni zamanda RİHBA-nın məsul işçiləri və rayonun idarə, müəssisə, xidmət sahələrinin əməkdaşları iştirak etmişlər.
Qəbullar zamanı ümumilikdə 40-dan çox vətəndaşın müraciəti dinlənilmiş, bir sıra müraciətlər yerindəcə cavablandırılmış, qaldırılan bəzi məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülmüş, həlli araşdırma tələb edən məsələlərlə bağlı müraciətlər qeydə alınaraq aidiyyəti üzrə yönləndirilmişdir.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün qeyd etmək istəyirik ki, hər həftə rayon ərazisində yerləşən müxtəlif ünvanlarda nümayəndəliklər, bələdiyyələr və MİS rəhbərləri tərəfindən qəbullar keçirilir. Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.