Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə tədbir keçirilmişdir

30 dekabr 2025 | 17:47

Səbail rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayonun ictimai-siyasi fəalları, ziyalılar və digər qonaqlar iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış azərbaycançılıq ideologiyasının milli birlik və həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanmışdır. Qeyd edilmişdir ki, bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın əldə etdiyi uğurların əsasını təşkil edir. Bildirilmişdir ki, milli birlik 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə öz bariz ifadəsini tapmışdır və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu birliyin daha da gücləndirilməsinə xidmət edir.
Tədbirin bədii hissəsində musiqi və ədəbi-bədii ifalar təqdim olunmuş, sonda xatirə şəkilləri çəkdirilmişdir.

Keçidlər