Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir

19 may 2022 | 11:00

Mayın 18-də Səbail Rayon İcra Hakimiyyətində rayon ərazisində yerləşən ali təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir. Görüşdə Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvvəqəti icra edən Elnarə Əliyeva, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Şahin Talıbov və şöbənin baş məsləhətçisi Nigar Bəylərova iştirak etmişlər.
Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elnarə Əliyeva ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söhbət edərək bildirmişdir ki: “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti gənclərimizin hərtərəfli inkişafında, onların xoşbəxt və firavan gələcəyinin təmin edilməsində və vətənə layiqli övlad kimi yetişməsində müstəsna rol oynayır. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Bu gün qürurla qeyd edirik ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi yeni reallıqlar yaratdı. Gənclərimizin Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaətin məntiqi davamı olaraq hazırda diplomatiya müstəvisində və durmadan davam edən informasiya müharibəsində də onlar yüksək intellekt və bacarıq nümayiş etdirirlər. Azərbaycan gəncliyi hər zaman uca zirvələr fəth etməyə qadirdir”.
Tədbirdə gənclər təşkilatları tərəfindən gənclər siyasəti ilə əlaqədar görülmüş işlər barədə geniş müzakirələr, eyni zamanda bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə fikir mübadiləsi aparılmış, gənclərin təklifləri dinlənilmişdir.

Keçidlər