Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi ilə bağlı tədbirlər həyata keçirilir

25 may 2022 | 10:13

Səbail rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səbail Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı" və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsinə başlanılmışdır. Layihənin əsas məqsədi  insan alveri və məişət zorakılığı ilə bağlı məsələlərdə qadınları maarifləndirmək, qadınlarda özünə güvəni artırmaqdır.

İnteraktiv auditoriyada baş tutmuş növbəti görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək bildirmişdir ki: “Azərbaycan qadınının potensialı hər zaman yüksək olub və Şərqdə daim müsbət yönümdə fərqlənmişdir. Şərqdə qadınlara seçkilərdə iştirak etmək hüququ da ilk dəfə Azərbaycan qadınına verilmişdir. Təbii ki, bu, çox qürurverici faktdır. Dövlət başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermişdir. Məhz bunun sayəsində də lider qadınlar yetişir və Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artır”.
Tədbir ilə əlaqədar iştirakçılara hüquq hazırlığı, özgüvən, özünümüdafiə ilə bağlı təlimlər, müxtəlif interaktiv diskussiyalar keçirilmişdir. Qeyd edək ki, layihə iştirakçılarının psixoloqlar da daxil olmaqla, fərqli sahələrin mütəxəssisləri və tanınmış qadın ictimai xadimlərlə görüşləri təşkil olunmuşdur. 

Keçidlər