Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda iftar süfrəsi təşkil olunub

08 aprel 2024 | 14:26

Səbail rayonunda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunmuşdur.

Bibiheybət qəsəbəsində 200 nəfərin iştirakı ilə keçirilən tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİHB-nin müavinləri, RİHBA-nın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

İftar mərasimi Qurani Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlanmış, daha sonra müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışılmışdır.

Tədbirdə ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirildiyi vurğulanmışdır.

Keçidlər