Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda qurumlararası koordinasiya işinin təkmilləşdirilməsi məqsədilə tədbir keçirilmişdir

23 dekabr 2022 | 11:19

Səbail rayonunda 2022-ci ilin yekunlarına, həmçinin vətəndaş müraciətləri ilə bağlı aktual məsələlərə dair dəyirmi masa keçirilmişdir. Tədbirin əsas məqsədi sakinlərin sorğularının həllində deputat ofisi ilə aidiyyəti qurumlar arasında sistemli koordinasiyanın işinin təşkili, müraciətlərin müvafiq qaydada qısa zamanda həlli üçün səylərin artılırmasına nail olmaqdır. Tədbirdə Millət vəkili Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, Səbail Rayonu Polis İdarəsinin rəis müavini Orxan Axundzadə, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

Görüşün gündəliyində qeydə alınmış vətəndaş müraciətlərinin həlli istiqamətində görülmüş işlər müzakirə olunmuşdur. Tədbirdə rayon struktur bölmələri ilə əməkdaşlıqdan, son illər ərzində birgə fəaliyyət nəticəsində həllini tapmış ictimai, sosial və infrastruktur məsələlər müzakirə olunmuş, eləcə də, kollektiv müraciətlərin əsas istiqamətlərinə də toxunularaq, rayon sakinlərini narahat edən  məsələlər sırasında daha çox yol infrastrukturu, qəza vəziyyətində olan binalarla bağlı sorğuların üstünlük təşkil etdiyi bildirilmişdir.

Keçidlər