Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda şəhidlərin  ailə üzvləri ziyarət olunur

02 oktyabr 2025 | 14:34

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhidlərin ailə üzvləri ziyarət olunur. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşı Nicat Quliyev, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Hilal Piri Vətən müharibəsi şəhidi Həsənov Vüsal Ariz oğlunun anası Mərifət Həsənovanı ziyarət etmişlər.
Görüşdə qeyd olunub ki, Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişlərinə uyğun olaraq, şəhid ailələri, qazilər və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bildirilib ki, Səbail rayonunda bu tədbirlər davamlı xarakter daşıyır. Bununla yanaşı, dövlətin mədəniyyət və teatr sahəsinə göstərdiyi diqqət milli-mənəvi dəyərlərin inkişafına və cəmiyyətin mənəvi həyatının zənginləşməsinə xidmət edir.
Şəhidin ailə üzvləri Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.

Keçidlər