Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda şəhidlərin ailə üzvləri ziyarət olunur

01 sentyabr 2025 | 14:37

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhidlərin ailə üzvləri ziyarət olunur. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Nicat Quliyev, 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev və məktəbin şagirdləri Vətən müharibəsi şəhidi Əhədzadə İlkin Qələmşah oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi və bu istiqamətdə həyata keçirilən tədbirlər Səbail rayonunda sistemli və ardıcıl xarakter daşıdığı bildirilmişdir.
Şəhidin ailə üzvləri Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.

Keçidlər