Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

06 may 2022 | 11:31

Mayın 6-da Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzində tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, Millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə  çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ümummilli liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, bütün ömrünü  müstəqil Azərbaycanın inkişafına həsr etmişdi. Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü. 1993-cü ilə qədər Azərbaycanın dövlət müstəqilliyi şərti xarakter daşıyırdı. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu. Sabitlik yaradıldı, inkişafa yol açıldı, bütün sahələrdə, ilk növbədə, siyasi sahədə islahatlar, ordu quruculuğu prosesi icra edilməyə başlandı. Ulu öndər 1993-cü ildən ömrünün sonuna qədər memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdi. Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşdi. Ulu öndərin varisçilik ənənələrinə daim sadiq olan Ölkə başçısı cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.  44 günlük Vətən müharibəsi dövründə də ölkə rəhbəri bütün siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq prinsipial, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq Azərbaycan tarixi Qələbə qazandı”.
Daha sonra Milli Məclisin deputatı Nigar Arpadarai Ulu Öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti barədə danışmış, ömrünü xalqımızın, dövlətimizin tərəqqisinə həsr edən Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqları və xalqın mənafeyini hər şeydən uca tutduğunu, müstəqilliyimizin və dövlətçiliyimizin, demokratiyanın gücləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün yorulmadan, fədakarlıqla çalışdığını qeyd etmişdir. O, Azərbaycanın müstəqilliyinin və inkişafının yeni mərhələsinin təməlini qoyan, ölkəni vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişinə cəhdlərdən xilas edən müdrik və qətiyyətli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin hər zaman sonsuz ehtiramla xatırlandığını və daim xatırlanacağını bildirmişdir.
Sonra müasir Azərbaycanın qurucusu olan unudulmaz lider Heydər Əliyevin həyat yolundan bəhs edən “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş etdirilmişdir.

Keçidlər