Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir

31 oktyabr 2023 | 17:08

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçığı ilə 49 №-li "İntellekt" məktəb-liseydə 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yetkinlik yaşına çatmayanlarla profilaktik iş bölməsinin baş inspektoru Pərvanə Səfərova, 49 №-li "İntellekt" məktəb-liseyin direktoru Elza Bağırzadə, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, YYÇİ və HM üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Əziz Hüseynov, RİHBA-nın və Səbail Rayon Gənclər və İdman sektorunun məsul əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.

Görüşdə iştirakçılara yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqında geniş məlumat verilmiş, uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və milli qanunvericilik haqqında məlumatlar diqqətə çatdırılmışdır. Ölkəmizdə, o cümlədən Səbail rayonunda uşaq hüquqlarının qorunması və təşviqi sahəsində görülən işlərdən ətraflı bəhs edilmişdir. Bildirilmişdir ki, uşaq hüquqlarının tam təmin edilməsi ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər uşaq hüquqlarının effektiv təmini və təbliğinə xidmət edir. Bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görülür, onlara dövlət qayğısı artırılır.

Sonda uşaqların çoxsaylı sualları ətraflı cavablandırılmış, onlara hüquqları izah edilmiş, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilmişdir.

Keçidlər