Səbail rayonunun gənc ailələri Gənc Ailə Forumunda iştirak edib
Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gənc Ailə Forumu keçirilmişdir. Forumda Səbail RİHBA-nın məsul əməkdaşı Gülnarə Rəhimova və Səbail rayonundan gənc ailələr iştirak etmişlər.
Tədbir zamanı əmək bazarında gender bərabərliyinin təmin edilməsi, iş yerində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, ünvanlı dövlət sosial yardımın alınmasında yeniliklər, gənc ailələrin asudə vaxtının səmərəli təşkili, sosial ipoteka, reproduktiv sağlamlıq, ailə həkimliyi institunun qurulması, ilkin səhiyyə xidmətində aparılan islahatlar, alimentin verilməsi ilə bağlı mexanizmlər, nikah müqaviləsi, ailələrin inkişafı ilə bağlı mövcud hüquqi sənədlər, medianın ailələrə təsiri və digər istiqamətlərdə fikir mübadiləsi aparılmışdır.






