Səbail RİH başçısı 1-ci Qarabağ müharibəsi qazisi ilə görüşdü
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayon sakini, 16 yaşında könüllü olaraq Qarabağ müharibəsində iştirak etmiş, 1-ci Qarabağ müharibəsi qazisi Nahid Canbaxışlı ilə görüş keçirmişdir. Görüşdə RİH başçısının müavini Eldar Ağayev və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Görüşdə Vuqar Zeynalov Səbail RİH tərəfindən 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı şəhid olan Vətən oğullarının ailələrinə, eyni zamanda qazilərə göstərilən diqqət və qayğı barədə, eyni zamanda bu istiqamətdə görülən işlər və planlar haqqında məlumat vermişdir.
Görüşdə 1-ci Qarabağ müharibəsi qazisi Nahid Canbaxışlı yüksək qəbula görə RİH başçısı Vuqar Zeynalova təşəkkür edərək qeyd etmişdir ki, hər zaman Səbail rayonunda dövlət orqanları şəhid ailələrinə və qazilərə yüksək etiramla yanaşıblar, ortaya çıxan problemlərin həllində yaxından iştirak ediblər.