Səbail RİH yanında İctimai Şuranın sakinlərlə növbəti görüşü keçirilmişdir
Səbaildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail RİH yanında İctimai Şuranın “Hüquqların qorunması və yerli problemlərin müzakirəsi” mövzusunda sakinlərlə görüş keçirilmişdir. Görüşdə RİH yanında İctimai Şuranın sədri Şakir Eminbəyli, İctimai Şuranın katibi Anar Süleymanov, şuranın üzvləri, əlaqədar xidmət təşkilatlarının əməkdaşları və sakinlər iştirak etmişlər.
Görüş zamanı bildirilmişdir ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn ictimai şuranın məqsədi Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır. İctimai iştirakçılığın məqsədindən danışan digər şura üzvləri vətəndaşların mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili sahəsində şuranın iş prinsipindən danışmışlar.
Daha sonra sakinləri narahat edən məsələlər barəsində şura üzvləri ilə birlikdə müzakirələr aparılmış və məsələlərin həlli prosesi aidiyyatı dövlət təşkilatları tərəfindən nəzarətə götürülmüşdür.






