Səbail rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə şəhidlərin ailə üzvləri ilə görüş keçirilmişdir
Səbail rayonunda 8 noyabr – Zəfər Günü münasibətilə şəhidlərin ailə üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, millət vəkili Nigar Arpadarai, RİHBA-nın məsul əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova bayramlarda, əlamətdar günlərdə şəhid ailələrinin ziyarət edilməsi və onlarla görüşlərin keçirilməsinin artıq bir ənənə halını aldığını vurğulayaraq şəhidlərin ailə üzvlərini 8 noyabr – Zəfər Günü münasibətilə təbrik etmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirən Kəmalə Həşimova şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırmışdır.
Şəhidlərin ailə üzvləri Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.