Səbail rayonunda “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir
Dekabrın 1-də Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı Tədbirlər Planı çərçivəsində “Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Millət vəkili Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi İşlər və Beynəlxalq Əlaqələr üzrə prorektoru Vüqar Sadıqov, RİHBA-nın əməkdaşları, Səbail Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımızı bir yumruq kimi dövlətin ətrafında birləşdirməsi, azərbaycançılıq, dövlətçilik, milli-mənəvi dəyərlərə sadiqlik ideyaları haqqında ətraflı məlumat verilmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəyə, ümumən görülən işlərin miqyasına nəzər yetirəndə ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişaf xüsusi qeyd olunmuşdur. 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyi və bu gün Azərbaycan dövlətinin qalib dövlət kimi yaşadığı vurğulanmışdır.
Tədbir sual-cavab kontekstində davam etmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.