Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Şahin Talıbov, YAP Təftiş komissiyasının üzvü, millət vəkili Sadiq Qurbanov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və təşkilatın fəal üzvləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsi dərin ehtiramla yad etmişlər.
Tədbir zamanı qeyd olunmuşdur ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, vətəndaş müharibəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək zəruri olan bazanın formalaşdırılmasına məhz həmin illərdə başladı. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini heç bir zaman unutmayacaq. Ulu Öndərin ideyalarını hər zaman yaşatmaq, gənc nəslə bu ideyaları, xatirələri çatdırmaq ən vacib məqsədlərdəndir. Ümummilli Lider bütün həyatını xalqımızın rifahının yüksəlməsinə, Azərbaycan xalqının dünyada nüfuzunun daha da artmasına, dövlətimizin güclənməsinə, qüdrətlənməsinə sərf edib.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş olunmuşdur.