Səbail rayonunda Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlər davam edir
26 noyabr 2022 | 15:22
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi qazisi Cabbarlı Nicat Famil oğlu ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov Nicat Cabbarlının qayğı və problemləri ilə maraqlanaraq Vətən müharibəsi qazisini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Nicat Cabbarlı ona göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.