Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirildi

01 iyun 2022 | 09:15

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 189-190 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, 189-190 nömrəli tam orta məktəbin direktor əvəzləyicisi Rəşad Alcanov, RİHBA-nın məsul işçiləri, Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika Məktəbinin yetirmələri, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova bildirmişdir: “Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışmışdır. Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir”. Bu gün ölkə başçısı cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Əziz balalar, sizləri təbrik edirəm! Sizə həm təhsilinizdə, həm də incəsənət sahəsində öz istedadlarınızın inkişaf etdirilməsində yeni-yeni uğurlar arzulayıram”.
Daha sonra Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika Məktəbinin yetirmələrinin, həmçinin 189-190 nömrəli tam ora məktəbin birinci sinif şagirdlərinin ifalarında müxtəlif musiqi nömrələri, ifalar səsləndirilmişdir.

Keçidlər