Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 15 may – Beynəlxalq Ailə Günü ilə bağlı növbəti tədbir keçirilib

15 may 2025 | 16:25

Səbail rayonunda 15 may – Beynəlxalq Ailə Günü ilə bağlı “Ailənin Sağlam Gələcəyi: Reproduktiv Sağlamlıq” mövzusunda gənc ailələrlə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, 1 saylı Şəhər Poliklinikasının baş həkimi Təranə Nurəlibəyova, poliklinikanın baş həkim müavini Nərmin Qasımova, RİHBA-nın məsul əməkdaşları, gənc ailələr iştirak etmişlər.
Görüş  zamanı reproduktiv sağlamlıqla bağlı məsələlərdən ətraflı  bəhs edilərək bildirilmişdir ki, sağlam təməllər üzərində qurulan hər bir ailə dövlətin və millətin böyük sərvətidir. Ölkə rəhbərliyi tərəfindən aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir. Qeyd olunmuşdur ki, Azərbaycan ailəsinin problemlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına yönəlmiş önəmli layihələrin uğurla gerçəkləşdirilməsi buna bariz nümunədir.
Sonda gənc ailələrə reproduktiv sağlamlıq, ailə planlaşdırılması və doğulan uşaqların cins nisbətinin pozulmasının qarşısının alınması istiqamətində maarifləndirici bukletlər və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər