Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı qeyd olundu

16 iyun 2022 | 14:54

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibət ilə iyunun 17-də Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən tibb müəsissələrinin rəhbərləri, “Lovely Dent” klinikasının kollektivi, şəhid ailələri və qazilər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ilk olaraq bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki: “Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixinin ictimai–siyasi həyatının müxtəlif sahələrindəki rolunu öyrəndikcə Ulu öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi sahələrdən birinin də məhz tibb sahəsi olduğu aydın görünür. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da tibb təhsilinin inkişafına, səhiyyə və tibb işçilərinə göstərdiyi diqqət və qayğısı əvəzsizdir. Koronavirus pandemiyası dövründə Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaratdı. Eyni zamanda, Azərbaycanın şanlı Ordusunun qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində insan həyatı uğrunda mübarizədə yüksək ixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu ön cəbhədə vuruşan səhiyyə işçiləri - həkimlər, tibb bacıları, sanitarlar iştirak edirdilər. Hazırda Azərbaycan səhiyyəsi, bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır. Bu gün ölkəmizdə səhiyyə sahəsində qəbul edilmiş dövlət proqramlarının icrası uğurla davam etdirilir. Həyata keçirilən bu layihələr Səbail rayonunda da öz əksini tapmaqdadır. Cari ilin 2-ci yarısında Badamdar qəsəbəsində açılışı nəzərdə tutulan ümumi sahəsi 12 840 kv.metr olan, 3 korpuslu, 70 çarpayılıq xəstəxana ölkə rəhbərliyinin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”.
Daha sonra Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə rayonun ictimai siyasi həyatında fəqlənən bir sıra səhiyyə işçiləri Səbail Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanına layiq görülmüşlər.
Sonda şəhid ailələri adından Şəhid Qurbanov Murad Asif oğlunun anası Mehriban xanım və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin müayinə və müalicəsini öz üzərinə götürərək onlara tibbi xidmətlər göstərmiş “Lovely Dent” klinikasına minnətdarlıq bildirmiş, onlara hədiyyələr təqdim etmişlər.

Keçidlər