Səbaildə abadlıq-quruculuq işləri davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Səbail rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması istiqamətində işlər uğurla davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivi, Salyan yolu 4 ünvanında sakinlərin təklif və müraciətləri nəzərə alınaraq aparılan abadlıq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olmuş, işlərin sürətləndirilməsi və vaxtında başa çatdırılması üçün müvafiq tapşırıqlar vermişdir.
Sakinlər rayon ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.