Səbaildə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 107-ci il dönümü qeyd olunub
Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 107-ci ilinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət Tarix muzeyinin direktor müavini Fərhad Cabbarov, rayon ictimaiyyəti iştirak etmişlər. Rəsmi hissənin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar videoçarx nümayiş etdirilmişdir. Tədbir zamanı Azərbaycan Xalq Cümhuriyyəti tarixindən ətraflı danışılmış, qeyd edilmişdir ki, Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu dövlət daha da güclənmiş, qüdrətlənmişdir. Dövlətimiz və xalqımız tərəfindən hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tariximizdəki rolu yüksək qiymətləndirildiyi vurğulanmışdır. Tədbir bədii hissə ilə davam etmişdir.