Səbaildə 9 Noyabr- Bayraq Günü qeyd edildi
Səbail Rayon İcra Hakimiyyətində 9 Noyabr - Bayraq Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişlər. Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağımız da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının dövlət bayrağı haqqında çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Qeyd olunmuşdur ki, Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur.