Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Beynəlxalq Ailə Günü” münasibətilə gənc ailələrlə görüş keçirildi

18 may 2022 | 11:23

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evində “Beynəlxalq Ailə Günü” münasibətilə gənc ailələrlə görüş keçirilmişdir.
Tədbirdə RİH başçısının müavini Kəmalə Həşimova, 5 nömrəli Kliniki Doğum Evinin müdiri Vəfa Hüseynzadə, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Yerli İcra Hakimiyyətinin başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupunun üzvləri, Doğum Evinin həkim heyəti və gənc ailələr iştirak etmişlər.
Tədbir zamanı çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova qeyd etmişdir: “Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri də, ailə siyasətidir. BMT Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq  15 may  hər il dünyada “Beynəlxalq Ailə günü” kimi qeyd olunur. Mütəmadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər”.
  6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova ailə dəyərlərinə önəm verərək bildirmişdir ki: “Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Çıxış edən 5 nömrəli Kliniki Doğum Evinin müdiri Vəfa Hüseynzadə selektiv abortların fəsadları və onun təsirlərindən danışarkən vurğulamışdır ki: “Selektiv abort qadının orqanizmi üçün həm psixoloji stress, həm də fiziki zorakılıqdır. Bu səbəbdən onun həyat və sağlamlığına ciddi təsir göstərir. Sonradan ömür boyu aborta görə peşman olmamaq üçün hələ doğulmamış bir uşağın taleyi və həyatı haqqında yaxşı düşünmək lazımdır”.
Tədbirin sonunda hər bir gənc ailəyə hədiyyələr təqdim olunmuşdur.

Keçidlər