Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Beynəlxalq müəllimlər günü” qeyd olunub

06 oktyabr 2023 | 17:59

Səbail Rayon İcra Hakimiyyətində “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov və məsul əməkdaşları, rayon ümumtəhsil məktəblərinin və musiqi məktəblərinin direktorları və bir qrup müəllim iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova, müəllimləri “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə təbrik edərək qeyd etmişdir ki: “Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub. 5 Oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib. Azərbaycanda Müəllimlər Günü isə 2000-ci ildən etibarən qeyd edilir. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarix müəllimlər günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək hər zaman söyləyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”. Bu gün dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.”
Tədbir zamanı çıxış edən müəllimlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsi olaraq son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımların atıldığını, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə marağın əhəmiyyətli şəkildə artdığını, onlar arasında sağlam rəqabət və motivasiyanın gücləndiyini, müəllimliyin rəqabətli bir peşəyə çevrildiyini və təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəldiyini qeyd etmişlər.
Tədbirdə pedoqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara və “5 Oktyabr - Beynəlxalq müəllimlər günü” münasibəti ilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi Səbail Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.

Keçidlər