Səbaildə “Gənc və yeniyetmələri dini radikalizm və ekstremizmin təsirlərindən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib
İyunun 3-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Gənc və yeniyetmələri dini radikalizm və ekstremizmin təsirlərindən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şahin Talıbov, məktəbin direktoru vəzifəsini icra edən Könül Təhməzova və məktəbin şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı qlobal təhlükəyə çevrilmiş dini radikalizm və ekstremizmlə mübarizənin prioritet məsələ olduğu qeyd edilib. Bildirilib ki, bəzi məkrli qüvvələr öz təbliğatlarına hədəf kimi əsasən gəncləri seçib onları asanlıqla manipulyasiya obyektinə çevirdiyinə görə, gənc və yeniyetmələrin maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.