Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə bağlı iclas keçirildi

06 yanvar 2023 | 19:59

Bu gün Səbail Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi ilə Bakı şəhərində, o cümlədən Səbail rayonunda gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlər görülməsi məqsədilə iclas keçirilib. Tədbirdə RİHBA-nın məsul əməkdaşları, Səbail rayonu üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Vuqar Zeynalov yanvar ayının 8-dən etibarən gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət edilməsi, rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan və buzdan təmizlənməsi, baş verə biləcək hadisələrin qarşısını almaq üçün operativ tədbirlərin görülməsi və görülən işlərin nəticəsi barədə mütəmadi olaraq Rayon İcra Hakimiyyətinə məlumat verilməsini diqqətə çatdırmışdır.

Sonda müvafiq ərazilər üzrə növbətçiliklərin təşkili və ərazilərin ciddi nəzarətdə saxlanması tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər