Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Heydər Əliyev” ili çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda tədbir keçirilmişdir

07 aprel 2023 | 11:01

Aprelin 6-da Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda toplantı təşkil olunmuşdur. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Millət vəkili Nigar Arpadarai, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, politoloqlar Yeganə Hacıyeva və Zaur Məmmədov, RİHBA-nın məsul əməkdaşları və gənclər iştirak etmişlər.

Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirmişlər. Çıxışçılar işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu xüsusi qeyd edərək bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatması barədə geniş danışmışlar.

Daha sonra müzakirələr sual-cavab hissəsi ilə davam etmiş, gəncləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılmışdır.

Keçidlər