Səbaildə "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib
Mayın 31-də "Heydər Əliyev İli" ilə çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində YAP Səbail rayon təşkilatı tərəfindən tədbir keçirilib. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və YAP partiyasının idarə heyətinin üzvləri iştirak etmişlər.
Əvvəlcə Badamdar qəsəbəsində müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra Səbail rayonunda yerləşən "Şəhidlər" abidə kompleksi ziyarət olunmuşdur.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbir zamanı çıxış edənlər Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoyduğunu, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsində YAP-ın Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdən olduğunu bildirmişlər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilmişdir.
Tədbir bədii hissə ilə başa çatıb.