Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində İctimai Şuranın iclası keçirilmişdir

29 dekabr 2024 | 17:37

Səbail Rayon İcra Hakiiyyətində İctimai Şuranın 2024-cü ilin yekunlarına dair növbəti iclası keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşlar, İctimai Şuranın sədri Şakir Eminbəyli və üzvləri, yerli inzibati ərazi nümayəndəlikləri iştirak etmişlər.
Tədbirin əvvəlində Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəli şəkildə həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir zamanı bildirilmişdir ki, “İctimai iştirakcılıq haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında yaradılan ictimai şuralar dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyəli qərarların qəbulunda, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqalarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyətlərini layiqincə təmsil edirlər. Səbail rayonunda da İctimai şuranın üzvləri sosial-ictimai həyatda yaxından iştirak etməklə insanların qarşılaşdıqları problemlərin, həmçinin vətəndaşların arzu və təkliflərinin yerli icra orqanlarına çatdırılması, müzakirəsi və həllinə nail olunması istiqamətində artıq müsbət təcrübə qazanmışdır. Sonda gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparılmış və Şuranın müvafiq qərarları qəbul edilmişdir.

Keçidlər