Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə növbəti iməclik keçirildi

18 noyabr 2023 | 14:07

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Səbail rayon Mənzil-kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti iməclik işləri həyata keçirilmişdir. Aparılan iməclik çərçivəsində rayon ərazisində yerləşən prospekt və küçələrdə, park və xiyabanlarda ümumi təmizlik işləri aparılmış, həmçinin yeraltı piyada keçidləri, səkilər, bordyurların, işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, binaların fasadları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, ağaclar budanaraq onlara xüsusi qulluq göstərilmişdir.

Keçidlər