Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirildi

29 noyabr 2023 | 15:54

Səbail rayonu 132-134 nömrəli təhsil kompleksində “Heydər Əliyev İli” çərçivəsində “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın şöbə müdirləri Qabil Vahidov və Leyli Mirzəyeva, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, məktəbin direktoru Sara Xanlarova, şəhid ailə üzvləri, müəllim və şagird heyəti iştirak etmişlər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir zamanı qeyd olunmuşdur ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Bildirilmişdir ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirilməkdədir. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı cənab İlham Əliyev hər birimizin qürur ünvanıdır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Bu gün Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda, Şuşada, işğaldan azad olmuş hər bir yerdə dalğalanan müəqəddəs üçrəngli ay-ulduzlu bayrağımız böyük Qələbə dastanının fəxarət və milli-qurur rəmzidir.

Sonda şəhid ailələrinin üzvləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

Bayram tədbiri maraqlı konsert proqramı ilə davam etmişdir.

Keçidlər