Səbaildə “İnsan Hüquqları Aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib
Səbaildə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və şöbənin baş məsləhətçisi Nigar Bəylərova, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Kərimov, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Hüquqi təminat və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi şöbəsinin müdiri Anar Hacızadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Leyla Abdinova, 189-190 nömrəli tam orta məktəbin tarix müəllimi Lalə Məmmədova iştirak etmişlər.
Tədbirdə iştirakçılara “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verilmiş, insan hüquqları və mənafelərinin qorunması istiqamətində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlərdən, insan hüquqları barədə qəbul olunmuş qanunlardan, bu sahədə həyata keçirilən tədbirlərdən danışılmışdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və videoçarxlar nümayiş olunmuşdur.






