Səbaildə insan hüquqları və sosial hüquqlar barədə sakinlərlərlə maarifləndirici görüş keçirilmişdir
Səbail rayonunda 18 iyun “İnsan Hüquqları Günü” ilə əlaqədar elan olunmuş “İnsan Hüquqları Aylığı” (18 may-18 iyun) çərçivəsində sakinlərlə insan hüquqları və sosial hüquqlar barədə maarifləndirici görüş keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Hüquq şöbəsinin müdiri Nərmin Abuzərli iştirak etmişlər.
Tədbir zamanı bildirilmişdir ki, insan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ulu öndər Heydər Əliyev hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar aparmışdır. Bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Səbail rayonunda da insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır






