Səbaildə "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar tədbirlər davam edir
Səbaildə "Konstitusiya və Suverenlik ili" çərçivəsində həssas əhali qrupundan olan yetkinlik yaşına çatmayan uşaqların da iştirakının təmin edilməsi məqsədilə "Gənclik və Hüquq" adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail Rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikasının Ombudsman aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Təranə Piriyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova və rayonun ümumtəhsil məktəblərinin direktorları, məktəbin şagird və müəllim heyəti iştirak etmişlər.
Tədbir zamanı bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ana xəttini vətəndaş firavanlığının təminatı, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsi təşkil edir. Bu istiqamətdə aparılan, mənəvi dəyərlərə əsaslanan dövlət siyasətinin icrasında, xüsusi qayğıya ehtiyac duyan şəxslərin şəfqət, qayğı mühiti ilə əhatə olunmasında Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri mühüm dəstək rolunu oynayır. Qeyd olunmuşdur ki, həssas qruplardan olan vətəndaşlara, xüsusi qayğıya ehtiyac duyan şəxslərə böyük dəstək olan bu layihələr, təşəbbüslər cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir.
Səbail rayonu 163 nömrəli məktəbin istedadlı şagirdlərinin ifasında maraqlı musiqilər ifa olunmuş, şeirlər səsləndirilmişdir.