Səbaildə “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” qeyd olundu
Oktyabrın 5-də Səbail Rayon İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi, rayonun ümumtəhsil məktəblərinin və musiqi məktəblərinin direktorları və müəllimləri iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısının müavini Kəmalə Həşimova “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri təbrik edərək qeyd etmişdir ki: “Ümummilli lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə yüksək qiymət verərək demişdir: “Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən yer üzündə müəllim adından yüksək ad tanımıram”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etdiyini diqqətə çatdıran Kəmalə Həşimova Ölkə başçısının elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 10 illik fəaliyyətini də xüsusi vurğulayaraq Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə təhsilin inkişafı ilə bağlı reallaşdırılan kompleks tədbirlər nəticəsində bu sahədə böyük uğurlar əldə olunduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən Səbail RİH başçısının müavini Eldar Ağayev qeyd etmişdir ki: “Ölkə başçısının və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Səbail rayonunda bir çox ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilərək şagird və müəllimlərin ixtiyarına verilmişdir ki, bütün bunlar da təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir”.
Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən təhsil işçiləri Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmişlər.