Səbaildə “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Dekabrın 16-da Səbail Rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Fikrət Rzayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Raqif Allahverdiyev, Səbail Rayon Polis İdarəsinin əməkdaşı Emin Bağırzadə, RİHBA-nın əməkdaşları, mətbuat nümayəndələri, pedaqoji işçilər və tələbələr iştirak etmişlər.
Tədbir zamanı narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda müəllim heyyətinə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça, tələbələrə isə zəruri təbliğat materialları təqdim edilmişdir.