Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Novruz şənliyi

21 mart 2023 | 14:27

Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir. Birlik, bərabərlik, qardaşlıq bayramı olan Novruz bayramı Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında qeyd olunmuşdur.

Səbail rayonunda təşkil olunan bayram tədbirində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etmişlər.

Bayram tədbirində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində Novruz bayramının artıq üçüncü ildir ki, 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunduğu, bayram tonqallarının Qarabağda – Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı qeyd edilmişdir.

Rayon sakinləri üçün konsert, həmçinin rəqs kollektivlərinin və Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunmuş, Novruz tonqalı alovlandırılmışdır. İncəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanmışdır.

Keçidlər