Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirildi

15 noyabr 2023 | 15:35

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına ilə təsdiq olunmuş “Heydər Əliyev” ili çərçivəsində Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Zəfər Günü ilə əlaqədar “Şanlı Zəfər Tariximiz” adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Bəylərova, 39 saylı Şəhər Poliklinikasının baş həkimi Ləman Hacıyeva, Səbail rayon MKS-nin direktoru Nərmin Xəlilova, Azərbaycan Respublikasının xalq artisti Əli Nurzadə, şəhid ailələrinin üzvləri, qazilər, Bülbül adına orta-ixtisas musiqi məktəbinin və AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak etmişlər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi anılmışdır.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışmışlar. Bildirilmişdir ki, şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunədir və döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılmışdır.

Şəhidlərin ailə üzvləri və yaxınları, qazilər göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsini daim uca tutduğuna görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş video-çarx nümayiş olunmuşdur.

Keçidlər