Səbaildə “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlər keçirilir
16 may 2022 | 12:39
Mayın 12-də 163 nömrəli tam orta məktəbdə “Şuşa İli” ilə bağlı tədbir təşkil olunmuşdur. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Şahin Talıbov və Nigar Bəylərova, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
3-cü sinif şagirdləri olan “Mübarizlər sinfi” tərəfindən ölkəmizin, o cümlədən Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədbir maraqlı və yaddaqalan olub.