Səbaildə “Şuşa ili”nə həsr olunmuş intellektual oyun keçirilib
18-29 may tarixlərində Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilatçılığı və Səbail rayon Gənclər və İdman İdarəsinin, Bakı Politoloqlar Klubunun və “Prestij-S” Tədris mərkəzinin dəstəyi ilə gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq məqsədilə Səbail rayonunda yerləşən universitetlərin tələbələrinin və fəal gənclərin iştirakı ilə "Şuşa ili"nə həsr olunmuş Xəmsə milli intellektual oyunu keçirilmişdir.
Yarışlarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyasının komandalarının ümumilikdə 300-ə yaxın tələbəsi iştirak etmişdir.
Bilik yarışında Bakı Dövlət Universitetini təmsil edən “Apokalipsis” komandası birinci yeri tutaraq yarışın qalibi olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “UFAZ” və “20 qəpik” komandaları isə ikinci və üçüncü yerləri bölüşmüşlər.
Sonda qaliblərə kubok və fəxri fərmanlar təqdim olunmuşdur.