Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbirlər davam edir

11 mart 2025 | 17:43

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində keçirilən tədbirlər davam edir. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Faəliyyət Planı”nın icrası məqsədilə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalar haqqında Əsasnaməyə uyğun olaraq rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 8, 9, 10-cu sinif şagirdləri arasında “Uşaqların hüquqları və məsuliyyətləri” mövzusunda sorğular keçirilir. Sorğunun məqsədi, şagirdlərin hüquq və məsuliyyətlər haqqında məlumatlılıq səviyyəsini öyrənmək və bu sahədə maarifləndirmə tədbirlərini təkmilləşdirməkdən ibarətdir.

Keçidlər