Səbaildə “Narkotik əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir
Səbail rayonu 51 saylı tam orta ümumtəhsil məktəbində “Narkotik əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə RİHBA-nın məsul əməkdaşları Abasağa Dərbəndli və Nicat Quliyev, Səbail Rayon Polis ldarəsinin rəisi polis polkovniki Hikmət Qasımov, Səbail RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsinin rəisi, polis mayoru Aqil Xudiyev, Səhiyyə Nazirliyinin Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı, məktəbin direktoru Tərlan Bayramova və şagirdlər iştirak etmişdilər.
Çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu ağır zərərlərdən bəhs edərək bu bəlanın xüsusilə gənclər üçün ciddi təhlükə yaratdığını vurğulayıblar. Qeyd olunub ki, narkomaniya yalnız fərdi problem deyil, eyni zamanda sosial və ictimai təhlükə yaradan ciddi bir məsələdir. Bu baxımdan, məktəblərdə aparılan maarifləndirmə işləri gənc nəslin düzgün istiqamətdə formalaşması və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra məktəblilərin sualları cavablandırılmış, mövzu ətrafında interaktiv müzakirələr aparılmışdır.
Tədbirin sonunda narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunmuşdur.






